Ən çox izlənən videolar

Startapçılarla görüş

ABŞ-ın müvəqqəti işlər vəkili Vilyam Gil Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) reallaşdırdığı ABŞ İnnovasiya Mübadilə Proqramını (USA Innovation Exchange Program) və proqram çərçivəsində “Trans-Xəzər İnnovasiya Forumu”nu uğurla başa vurmuş iştirakçılarla görüşüb. Görüşdə startapçılar və gənc sahibkarlar iştirak edib. 

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli gələcəkdə ABŞ akselerator və investorları ilə gələcək əməkdaşlıq perspektivlərindən danışıb. 

Daha sonra startaplarçılarla birgə müzakirələr aparılıb. 

ABŞ İnnovasiya Mübadilə Proqramı çərçivəsində Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə Azərbaycandan olan 15 startap nümayəndəsi Silikon Vadisinə səfər edib. 

Səfər çərçivəsində startapçıların ABŞ-ın San Françisko, San Xose, Boston və Nyu York şəhərlərində “Plug and Play”, “MassChallange”, “Apple”, “Nutanix”, “Cambridge Innovation Centre” (CİC), “Fullbridge”, “Venture Cafe” kimi şirkətlərdə investorlarla görüşləri keçirilib. tədbirlər “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində reallaşdırılıb.

Bu kateqoriyadan digər videolar
Digər videolar