Ən çox izlənən videolar

Sabah milli dirçəliş günüdür (VİDEO)

Sabah Milli Dirçəliş Günüdür. Başqa sözlə, Azərbaycan xalqının bir xalq kimi təşəkkül tapmasının 30 illiyidir.

1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının fasiləsiz mitinqləri başladı. Noyabrın 17-dən başlayan mitinqlər dekabrın 5-dək davam etdi. Səbəb? Səbəb Mixail Qorbaçovun aşkarlıq siyasəti və bu siyasətin nəticəsində Dağlıq Qarabağda fəallaşan ermənilərin seperatçı hərəkətləri idi.

Həmin günlərdə Meydanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda antiAzərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi.

Təəssüf ki, Azərbaycanın o dövrkü rəhbərliyi xalqın yanında yox, çabalamaqda olan SSRİ-nin yanında oldu. 

19 gün davam edən Meydan hadisələri ən sonda dekabrın 5-də gecə hərbçilərin hücumu ilə dağıdılır. Amma 19 gün ərzində baş verən hadisələr bu tarixi Milli Dirçəliş Günü kimi Azərbaycan xalqının qan yaddaşına yazdı. Meydan bizə bayrağımızı tanıtdı, milli kimliyimizi tanıtdı, müstəqillik sözünün mahiyyətini açdı. Bu və başqa təfərrütları sabah danışacam.

Bu kateqoriyadan digər videolar
Digər videolar