Ən çox izlənən videolar

Beynəlxalq tikinti şirkətləri Bakıda görüşdü - VİDEO

Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild Azerbaijan 2018”), XI Beynəlxalq “İstilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu” (“Aquatherm Baku 2018”), Xəzər Beynəlxalq “Mebel, interyer və dizayn” (“Caspian MebelExpo 2018”) sərgilərini ehtiva edən “Xəzər inşaat həftəsi”nin açılışı olub. Sərgilərdə dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edir.

“BakuBuild Azerbaijan”, “Caspian MebelExpo”, “Aquatherm Baku” və “Securika Caspian” sərgilərinin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir. Sərgilər oktyabrın 26-dək davam edəcək.

Bu kateqoriyadan digər videolar
Digər videolar