Ən çox izlənən videolar

ATƏT PA-da Berlin bəyannaməsi (VİDEO)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 27-ci illik sessiyasının son günündə Berlin bəyannaməsi qəbul edilib.

Bəyannamədə BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn, insan haqlarının və qanunun aliliyinin əsas prinsiplərinə sadiqliyin vacibliyi qeyd edilib.

Sənəddə Gürcüstan, Moldova və Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilərək münaqişələrin həlli üçün yeni səylər göstərilməsinə dair çağırış yer alıb. 

Bundan əlavə, Bəyannamədə münaqişə zonalarında və işğal olunmuş ərazilərdə, o cümlədən Cənubi Qafqaz, Ukrayna və Kiprdə insan hüquqlarının pozulması hallarının araşdırılmasının zəruriliyi də vurğulanır.

Bu kateqoriyadan digər videolar
Digər videolar