Ən çox izlənən videolar

Diplomatiyamızın 99-cu baharı (VİDEO)

Bu gün Azərbaycanda Diplomatiya Günü kimi qeyd olunur. Azərbaycan diplomatiyasının tarixi rəsmən 9 iyul 1919-cu ildən başlayır. Doğrudur, Azərbaycan Demokratik Respublikasının xarici işlər naziri 1918-ci ildə təyin olunub, amma təsis edilmə barədə rəsmi sənəd yalnız 1919-cu ildə imzalanıb.

Azərbaycanın ilk xarici işlər naziri Məmmədhəsən Hacınski olub. Daha sonra Əlimərdan Topçubaşov, Fətəli Xan Xoyski, Məmməd Cəfərov XİN-ə rəhbərlik edib. Diplomatiya günü müəyyən olunarkən bir neçə təklif nəzərdən keçirilib.

Bu təkliflər sırasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün kimi sənədlər olub. 

Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərib. AXC dövründə XİN sistemində 239 nəfər işləyib.1920-ci ilin aprelinədək Azərbaycanın Gürcüstanda, Ermənistanda, İranda, İstanbulda, Ukraynada Krımda nümayəndəlikləri var idi.

Hazırda Azərbaycanın xarici ölkələrdə 80-dən artıq diplomatik korpus, Azərbaycanda isə 50-dən artıq ölkənin diplomatik korpusu fəaliyyət göstərir. Diplomatların sayı isə 700-ə yaxındır.

Bu kateqoriyadan digər videolar
Digər videolar