Ən çox izlənən videolar

Sakinlərin parad təəssüratı - VİDEO

Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olundu. Bununla əlaqədar paytaxt Bakıda möhtəşəm hərbi parad keçirildi.

Şəhər sakinləri hərbi keçidi dənizkənarı milli park ərazisindən izlədi. Çox maraqlı görüntülərlə yadda qalan parad onu izləyənlərin xatirində heç vaxt silinməyəcək izlər qoydu.

Təssüratını öyrəndiyimiz sakinlər hərbi keçidi böyük fəxrlə izlədiklərini qeyd etdilər.

Hərbi bayram əsasən kişilərin adı ilə assosasiya olunsa da parada xanımların da böyük marağı var idi. Övladlarını parada gətirən xanımlar aviaşounu böyük qürurla izləyiblər.

Bu gün sosial şəbəkələrdə paraddan çəkilən həvəskar görüntülərin paylaşımları rekord qırıb. İzləyiciləri xüsusilə aviasiyanın şousu mat qoyub. Bu sırada türk şahinlərinin aviaşousu da cəlbedici olub. Paradı Bakı sakinləri ilə yanaşı turistlər də maraqla izləyib.

Bu kateqoriyadan digər videolar
Digər videolar