Ən çox izlənən videolar

“Havalı” Paşinyan – VİDEO

“Erməni cəmiyyətdə millətçilik, şovinizm, bəzi hallarda isə faşizm meylləri o həddə çatıb ki, onlar siyasətdə reallıqdan uzaq modellərdən istifadə edirlər”. Bunu Real TV-yə müsahibəsində keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Onun sözlərinə görə, Nikol Paşinyan hakimiyyətə gələndə belə təəssürat var idi ki, real addımlar atacaq, ədalətli sülh istəyəcək. Lakin diplomatın fikrincə, hazırkı vəziyyətdə ədalətli sülh mümkün deyil. 

Tofiq Zülfüqarovun fikrincə, münaqişənin uzanması erməni xalqının iradəsi deyil. Çünki ermənilər imkan düşdükcə ölkələrini tərk edirlər və nəticədə Ermənistan əhalisi 50 faizə qədər azalıb. 
Diplomat əlavə edib ki, artıq Azərbaycan xalqının da münaqişənin sülh yolu ilə həlli barəsində heç bir gözləntisi qalmayıb. 

Tofiq Zülfüqarov Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa səfərinə, eləcə də, onun qırıcı təyyarədə çəkdirdiyi fotoya münasibət bildirib. Onun fikrincə, bu, “Polonez” reaktiv-yaylım atəşi sistemlərinin Azərbaycan ordusunun arsenalına daxil edilməsindən qorxunun büruzə verilməsidir: “Nikol Paşinyan Ermənistana gətirilən və Rusiyaya məxsus qırıcıda ekskursant kimi oturub şəkil çəkdirdi”.  
 

Bu kateqoriyadan digər videolar
Digər videolar