Ən çox izlənən videolar

Türkiyə vətəndaşları Bakıda səs verdi - VİDEO

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkilərində səs verməyə başlayıblar.

Səsvermə yerli vaxtla səhər saat 09:00-da başlayıb və axşam 21:00-da başa çatacaq.

Bu gün Bakı üzrə 5209 nəfər, Gəncədə 207 nəfər, Naxçıvanda isə 330 nəfər Türkiyə vətəndaşı səs vermək üçün qeydiyyatdan keçib. Səsvermə prosesi ilə bağlı Türkiyə səfirliyində 5 seçki qutusu qoyulub.

Bu gün həmçinin 60 ölkədəki 123 Türkiyə təmsilçiliyində səsvermə keçirilir.

Qeyd edək ki, xarici ölkələrdə səsvermə prosesi seçkilərdən bir həftə əvvəl başlayır: "Seçici sayı daha yüksək olan ölkələrdə proses 15 gün davam edir.

Məsələn, Almaniyada Türkiyə vətəndaşı çox olduğundan səsvermə prosesi iki həftə əvvəl başlayıb. Xarici ölkələrdə səsvermə prosesi İYUNUN 19-na qədər davam edəcək.

Türkiyədə prezident seçkiləri iyunun 24-də keçiriləcək.
 

Bu kateqoriyadan digər videolar
Digər videolar