Ən çox izlənən videolar

Azərbaycan Ermənistanın yeni hakimiyyətinə şərt qoydu - VİDEO

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təfərrüatları məlum deyil.

Bunu REAL-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O bildirib ki, görüşün mexanizmi, harada keçiriləcəyi, tarixi bəlli deyil.

“Təbii ki, belə təklif Azərbaycan tərəfinə daxil olduğu təqdirdə Azərbaycan da məsələyə öz münasibətini bildirəcək. Azərbaycan həmişə görüşlərə hazırdır. Lakin bu görüşlər imitasiya xarakteri daşımamalıdır. Görüşlərin məqsədi hazırda mövcud gündəlik əsasında münaqişənin həllinə istiqamətlənməlidir. Münaqişənin həlli isə bundan ibarətdir ki, Azərbaycanın işğal olunmuş topaqlarından qoşunlar çıxarılmalıdır. Danışıqlar prosesinin formatı, gündəliyi, məzmunu bəllidir”, - deyə XİN rəsmisi qeyd edib.

Bu kateqoriyadan digər videolar
Digər videolar