Ən çox izlənən videolar

Vikipediya könüllüləri təltif edildi - VİDEO

Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən bu ay vikipediyada 500-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi-Elmi Kitabxanasında bu işdə əməyi keçən könüllülər təltif edildi. 

Tədbirdə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, mərkəzi elmi kitabxananın direktoru Leyla İmanova və digərləri iştirak edirdilər. 

Tədbirdə çıxış edən İsa Həbibbəyli bildirdi ki, vikipediyada Azərbaycanın yerini qorumaq hər birimizin borcudur.

Vikipediyanın öz formatı var. Bu formatı öyrənib, orada məqalə yerləşdirmək imkanlardan istifadə etmək vacibdir.

Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova rəhbərlik etdiyi kitabxananın Azərbaycan informasiya təhlükəsizliyi və Azərbaycan həqiqətlərinin təbliği istiqamətində apardığı sistemli fəaliyyətdən danışdı.

Tədbirdə Vikipediya Metodik Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı hazırladığı audio-çarx səsləndirildi.

Bu kateqoriyadan digər videolar
Digər videolar