Ən çox izlənən videolar

Azərbaycan-Gürcüstan 1:1

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Antalya hazırlığı çərçivəsində gürcüstanlı həmyaşıdları ilə qarşılaşıb. Millimiz matçın 45-ci dəqiqəsində rəqibin avtoqolu sayəsində hesabda önə çıxıb. 1-0. Gürcüstan yığmasının cavab qolu özünü çox gözlətməyib. Şimal qonşularımız 48-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdiriblər. 1:1

Oyundan sonra yığmamızın baş məşqçisi Rəşad Sadıqov görüşlə bağlı fikirlərini bildirib:

“Qısa müddətdə böyük dəyişiklik gözləmək yersiz olar. Bu komandanı əsas millimizin fəlsəfəsinə uyğun hazırlamağa çalışırıq. Yoxlama oyunlarında nəticə bizi o qədər də maraqlandırmır. Rəqib komandanın hansı heyətlə meydana çıxması da önəmli deyil. Bizim üçün vacib olan öz oyunumuzdur.”

Bu kateqoriyadan digər videolar
Digər videolar