Ən çox izlənən videolar

Vətəndaş özəl xəstəxanada övladını müalicə etdirə bilməməkdən şikayət edir (VİDEO)

Sosial şəbəkələrdə yayılan özəl xəstəxanada övladını müalicə etdirə bilməyən vətəndaşın videosu müzakirələrə səbəb olub.

real TV xəbər verir ki, Bayram Hacıyev sosial şəbəkədə yaydığı videoda özəl tibb müəssisəsində övladına ehtiyacı olan tibbi yardımd göstərilmədiyindən şikayət edir.

Real TV xəbər verir ki, yayılan videogörüntüdə vətəndaş bildiri ki, Medera hospitalda  həkimlərə pul ödəmədən övladını müayinə etdirə bilməyib: “Oğlum sabahın əsgəridir. ürəyində problem yaranıb gətirmişəm xəstəxanaya, amma baş həkim deyir, bu qədər pul verməsən, olmaz, burda qaydaları mən qoyuram"

Faktla bağlı araşdırma apararkən Medera hospitalın da mövqeyini öyrəndik. Adı çəkilən xəstəxanadan Real TV-yə bildirdilər ki, vətəndaş Bayram Hacıyev  oğlunun vəziyyətinin anidən pisləşməsi səbəbi ilə klinikaya müraciət edib: “Onun dediyinə görə klinika ona heç bir tibbi yardım göstərməyib, Bu onun ödəniş etməməsi səbəbindən mümkün olmayıb.  Bundan “qəzəblənən”vətəndaş Bayram Hacıyev sosial şəbəkədə həqiqətə uyğun olmayan populist çıxış edərək ictimaiyyətdə çaşqınlıq yaratmaq istəyib. Klinikada ona uşaq kardioloqu olmadığı bildirilib. Lakin buna baxmayaraq məcburi köçkün olduğu üçün, həmçinin Ramazan ayı ilə əlaqədar endirimlərdən və pulsuz xidmətlərdən istifadə etmək imkanlarının olduğu barədə məlumat verilib. Müxtəlif analizlərdə isə ona 50 faiz endirim edə biləcəkləri deyilib.

Vətəndaş Bayram Hacıyev əgər klinikaya qarşı qərəzli çıxışlarla davam edərsə Medera hospital olaraq məhkəməyə müraciət edəciyik. Biz klinika olaraq dövlətimizin siyasətini dəstəkləyirik və bunun üçün xalqımıza vaxtaşırı olaraq pulsuz tibbi xidmətlər göstəririk. Belə ki, bayramlarda və hər ay bir dəfə xarici və yerli həkimlərin pulsuz konsultasiyalarını təşkil edirik”.

Klinika rəsmisi qeyd edib ki, bu şantaj xarakterli bir məlumatdır. 

Qeyd edək ki,  Medera hospital özəl xəstəxanadır və burada xidmətlər pulluddur. 

Nərmin Adilqızı, Real TV

Bu kateqoriyadan digər videolar
Digər videolar