Ən çox izlənən videolar

“Azərsun”dan Whatsapp-la yayılan səs yazısına münasibət (VİDEO)

“Whatsapp”da bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə məlumatlar yayılıb. Səs yazısında insanlara bəzi qida məhsullarında vərəm çöpləri tapıldığından qəti şəkildə alınmaması məsləhət görülür. Həmçinin qeyd olunur ki, artıq bununla bağlı “Azərsun” holdinqdə qabaqlayıcı tədbirlər görülməyə başlanıb. 

“Azərsun” holdinqdə bunu qeyri sağlam düşüncə tərzinə malik insanların apardığı çirkin kampaniya hesab edirlər. Holdinqin İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərov yayılan əsassız məlumatla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini deyir. Eyni zamanda qurum öz müəssisələrinin qapısını hər kəsin üzünə açıq elan edir. Yəni keyfiyyətə verilən zəmanəti yerində yoxlamaq mümkündür. 

Artıq məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi də məlumat yayayıb. Qeyd olunub ki, bunların həqiqəti əks etdirməyən, faktlara əsaslanmayan məlumatdır və insanlar arasında təşviq və çaşğınlığa səbəb olmaq üçün yayılıb.Hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına qurum tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bu kateqoriyadan digər videolar
Digər videolar