KTMT-nin baş katibi Belarus nümayəndəsi olacaq

KTMT-nin baş katibi Belarus nümayəndəsi olacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan ermənistanlı baş katibi Yuri Xaçaturovun yerinə Belarusun nümayəndəsi təyin olunacaq.

Azvision.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada deyib. 

Lukaşenko bildirib ki, bugünkü görüşlərdə KTMT-nin baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilib və razılıq əldə olunub.

“Biz gözlənilmədən az qala bu gün KTMT-nin də sammitini keçirirdik. Və prinsipcə, baş katibin təyinatı ilə bağlı problemi həll etdik. KTMT-nin baş katibi Belarusun nümayəndəsi olacaq. Necə ki, vaxtilə Nursultan Abişoviç (Qazaxıstan prezidenti Nursultan Nazarbayev) də demişdi. Amma razılaşdıq ki, bu təyinat sxem və sistemə uyğun şəkildə baş tutacaq – KTMT-dəki hər bir rəhbərlə fərdi müsahibə olacaq və onlar bu qərarı imzalayacaqlar” – Lukaşenko bəyan edib. 

Xatırladaq ki, Ermənistanda 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Yuri Xaçaturov İrəvanın təşəbbüsü ilə müəyyən olunmuş prosedura əsasən, vaxtından əvvəl KTMT-nin baş katibi vəzifəsindən geri çağırılıb. Bu vəzifənin icrası təşkilatın baş katibinin müavini Valeri Semerikova tapşırılıb.

Nəticədə, liderlərlə məsləhətləşmədən baş katib postu ətrafında yaratdığı problemə və KTMT-nin nüfuzuna xələl gətirdiyinə görə İrəvan təşkilat daxilində təklənib. Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan bu postu tutan Yuri Xaçaturovu vaxtından əvvəl geri çağırmasına baxmayaraq, baş katib vəzifəsinə yenidən erməni namizədin seçilməsinə israr edib. Lakin 8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da, KTMT liderləri Nikol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər. Amma Paşinyan buna da etiraz edib. 

Daha sonra isə Belarus prezidenti Aleksandr Luşakenko Azərbaycan səfiri ilə KTMT daxilində baş verənləri, xüsusən də, baş katib postuna namizəd məsələsini müzakirə edib. Baş verənlər qarşısında aciz qalan Paşinyan Nazarbayev və Lukaşenkodan Putinə şikayət etdiyini deyib. 

KTMT-nin baş katibi postuna ən real namizədlərdən biri Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda təhsil alan general-leytenant Stanislav Zasdır.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə