Qışa hazırlıqla bağlı müşavirə (VİDEO)

Qışa hazırlıqla bağlı müşavirə (VİDEO)
Nərimanov rayonunda xüsusi qərargah yaradıldı

Qışa hazırlıqla əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb.

Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayondakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

İcra başçısı rayonun idarə və müəssisələrində, kommunal xidmət təşkilatlarında da mövsümə hazırlıqla bağlı tədbirlər planının hazır olduğunu bildirib.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə