OPEC Rusiyadan asılıdır (VİDEO)

OPEC Rusiyadan asılıdır (VİDEO)
Qərarda qeyri-müəyyənlik neftin qiymətini ucuzlaşdırır

Avstriyanın paytaxtı Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası yekunlaşıb. Neft İxrac edən Ölkələr Təşkilatı hasilatın azaldılması ilə bağlı ilkin razılığa gəliblər.

İclasda iştirak edən nümayəndələr, kartelin qeyri-OPEC ölkəsi olan Rusiyanın hasilatla bağlı mövqeyini gözlədiyini bildirirlər.

Vyanada səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak məsləhətləşmələr üçün Moskvaya qayıdıb.

O, dekabrın 7-də Avstriyanın paytaxtında keçiriləcək OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə rəsmi Moskvanın mövqeyini təqdim edəcək.

İclas iştirakçıları neft hasilatının həcminin azaldılacağına dair ümumi razılaşmanın mümkün olacağına işarə etsələr də, konkret rəqəmləri açıqlamayıblar.

Mütəxəssislərin rəyinə görə, OPEC-ə üzv ölkələr gündəlik hasilatı ümumilikdə 1,3 milyon barrel azaldılmasını nəzərdən keçirirlər. Qərarlarda olan qeyri-müəəəyyənlik isə bazarda neftin qiymətini ucuzlaşdırır.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə