Futzal üzrə dünya çempionatının püşkü atılacaq

Futzal üzrə dünya çempionatının püşkü atılacaq
Millimiz mübarizəyə əsas mərhələdən qoşulacaq

UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında 2020-ci ildə Litvada keçiriləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Püşkatmanın səbətləri isə artıq məlumdur. Millimiz mübarizəyə əsas mərhələdən başlayacaq. Buna qədər isə ilkin seçmə mərhələnin oyunları təşkil olunacaq. Yarışa 32 komanda qoşulacaq. Onlar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünəcəklər. Yalnız qrup qalibləri və ikinci pilləni tutacaq komandalar mübarizəni əsas mərhələdə davam etdirmək hüququ qazanacaq.

Millimiz isə ən yüksək reytinqə malik 16 komanda sırasında olduğu üçün seçməmiz gələn il oktyabrın 22-dən 27-dək keçiriləcək əsas mərhələdə meydana çıxacaq. Yüksək reytinqli 16 komanda püşklə 8 qrupa bölünəcək və yer aldıqları qrupların 1 və 2-ci komandaları olacaq.

Digər iki komanda bura ilkin mərhələdən vəsiqə əldə edəcək.Əsas mərhələdə iştirak edəcək komandalardan yeddisi – Portuqaliya, Ukrayna, Azərbaycan, İtaliya, Xorvatiya, Polşa və Fransa qrup oyunlarına ev sahibliyi etmək üçün müraciət etmələri səbəbindən bu kollektivlər fərqli qruplarda yer alacaqlar. 8-ci ev sahibi komanda isə məlum deyil və bu qruplar müəyyənləşdikdən sonra püşklə dəqiqləşəcək. İlkin mərhələdə eyni qrupda yer almış komandalar əsas raundda bir qrupda mübarizə apara bilməzlər.

Həmçinin, UEFA İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan və Ermənistan, Cəbəllütariq və İspaniya, Kosovo, Bosniya Herseqovina və Serbiya eyni qrupda yer ala bilməzlər.Əsas mərhələdən elit raunda hər qrupdan 2 ən yüksək nəticə qazanmış komanda vəsiqə əldə edəcək.Mundialda bu dəfə rekord sayda 48 komanda qüvvəsini sınayacaq. Almaniya, Kosovo, Şotlandiya və Şimali İrlandiya kimi yığmalar dünya çempionatının seçmə oyunlarında debüt edəcəklər.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə