İranda terror: ölənlər var

İranda terror: ölənlər var
Polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşma olub

İranın ən böyük liman şəhəri olan Çabaharda terror aktı törədilib. Bu gün səhər saatlarında terrorçu-kamikadze partlayıcının quraşdırıldığı avtomobili şəhərin polis idarəsinin binası istiqamətində sürüb. Avtomobil binaya toxunaraq partlayıb.

Sistan-Bəlucistan valisinin təhlükəsizlik məsələləri üzrə müavini Məhəmmədəli Məraşi mətbuata verdiyi açıqlamada bildirib ki, partlayış nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.

Hadisə şahidləri qeyd edirlər ki, partlayışdan sonra avtomat silahlardan atışma səsləri eşidilib. Ehtimal edilir ki, partlayışdan sonra polis idarəsinə silahlı hücum və polis əməkdaşları ilə terrorçular arasında silahlı toqquşma olub.

Hadisə yerində araşdırma aparılır.

Xatırladaq ki, İran Çabahar limanı vasitəsilə Hindistan, Çin və Cənub Şərqi Asiyanın digər dövlətləri ilə idxal-ixrac əməliyyatları həyata keçirir. Bu liman Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında da mühüm rola malikdir. Cənub-Şərqi Asiya ölkələri Avropaya bu limanla məhsul ixrac edirlər. Cari ilin fevral ayında Hindistan hökuməti Çabahar limanının yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi üçün İrana 2 milyard dollar kredit ayırıb. Həmin ay Prezident Həsən Ruhani Sistan-Bəlucistan vilayətinə səfər edərək Çabahar limanında aparılan işlərlə tanış olub və yeni terminalın açılışını edib.

Nəzərə çatdıraq ki, İranın Sistan-Bəlucistan vilayəti ərəblərin yığcam yaşadığı bölgədir.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə