BNA əməkdaşlarına hücum - VİDEO

BNA əməkdaşlarına hücum - VİDEO
Sürücü onlara kəsici-deşici alətlə xəsarət yetirmək istəyib

Bakı Nəqliyyat Agentliyinin daynma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərini həyata keçirən əməkdaşlarına qarşı küt və kəsici-deşici alətlərlə hücuma cəhd edilib. 

Hadisə dekabrın 5-i axşam saatlarında metronun “Gənclik” stansiyasının yaxınlığında baş verib. 

Bakı Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndələrinə qarşı qanuna zidd əməli törədən sürücünün şəxsiyyətinin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib. Artıq zəruri tədbirlərin görülməsinə başlanılıb. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, Agentlik əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görür. 

Bundan başqa, Bakı Nəqliyat Agentliyi dayanma-durma qaydalarına qarşı mübarizədə insan faktorunu minimuma endirməyə hazırlaşır. Artıq belə faktları müşahidə kameraları qeydə alacaq və bununla bağlı ilk addımların atılmasına başlanılıb.

Qeyd edək ki, dayanma və durma qaydalarına əməl etçəyəm sürücülərə qarşı inzibati tənbeh tədbirləri Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilir. 

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə