Müdafiə Nazirliyi: “Bal-E” raket sistemlərinin alınması məqsədilə danışıqlar aparılmayıb

Müdafiə Nazirliyi: “Bal-E” raket sistemlərinin alınması məqsədilə danışıqlar aparılmayıb

“Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə edilməsi niyyətimiz də olmayıb.

Bu barədə son günlər müxtəlif kütləvi informasiya vasitələrində “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin ölkəmizə satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlarla əlaqədar REAL-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə