Dünyanın ilk üzən supermarketi

Dünyanın ilk üzən supermarketi
Supermarket çimərliyə gələnlər üçün nəzərdə tutulub

Dubayda – Fars körfəzinin sahilində “Carrefour” beynəlxalq ticarət şəbəkəsi tərəfindən dünyanın ilk üzən supermarketi istifadəyə veriləcək.

“The National” nəşri xəbər verir ki, üzən supermarket yaxtaların ekipaj üzvləri, su motosikletləri və sürətli qayıqları idarə edən idmançılar, həmçinin çimərliyə gələnlər üçün nəzərdə tutulub.

Burada alıcılara xidmət suda həyata keçiriləcək və sifarişlər “Kite Beach”, “Jumeirah Public beach” və “Al Sufouh Beach” çimərliklərinə çatdırılacaq. Supermarketdə müştərilərə 300 çeşiddə mallar - ərzaq məhsulları, qəlyanaltı, içkilər, habelə kosmetik vasitələr və dərman preparatları təklif olunacaq.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə