Vyanada OPEK+ nazirlər komitəsinin iclası başladı

Vyanada OPEK+ nazirlər komitəsinin iclası başladı

Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası Vyanada öz işinə başlayıb.

İclasda neft bazarındakı son durum, OPEK+ ölkələri tərəfindən neft hasilatının həcmi kimi məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanadadır və dekabrın 7-də OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə