Putin Poroşenkonun zənglərinə niyə cavab vermədiyini açıqladı (VİDEO)

Putin Poroşenkonun zənglərinə niyə cavab vermədiyini açıqladı (VİDEO)
Kreml lideri ukraynalı həmkarının zəngini hiyləgər addım kimi dəyərləndirib

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Pyotr Poroşenkonun telefon zənglərinə nəyə görə cavab vermədiyini izah edib.

Kreml lideri Poroşenkonun seçki kampaniyasında iştirak etmək istəmədiyi üçün belə etdiyini bildirib.

“Pyotr Alekseyeviçlə danışmaqdan yayınmıram. Məsələ burasındadır ki, mən onun seçki kampaniyasında iştirak etmək istəmirəm. Əslində, nə baş verir. Pyotr Alekseyeviç süni olaraq böhran vəziyyəti yaradır. Əslində, bütün bunlar təxribatdır. Poroşenko təxribata görə məsuliyyəti Rusiyanın üzərinə atır. Və elə görüntü yaradır ki, sanki, o, yaranmış problemləri uğurla həll edir. Vəziyyət belədir. Məgər bu hiyləgər addım deyil? Mən bu hiylənin iştirakçısı olmaq istəmirəm və olmayacam”, - Vladimir Putin bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Kerç boğazında Rusiya və Ukrayna hərbi gəmiləri arasında qarşıdurma yaşanıb. Qarşıdurma zamanı Rusiya hərbi gəmilər Ukrayna gəmilərinə atəş açıb və bir neçə hərbçini yaralayıblar. Rusiya ukraynalı hərbçiləri və gəmiləri həbs edib. Hər iki tərəf insidentlə əlaqədar bir-birini ittiham edir.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə