Azərbaycanda 620 min əlilliyi olan şəxs var (VİDEO)

Azərbaycanda 620 min əlilliyi olan şəxs var (VİDEO)

Aydın bədənində Qarabağ müharibəsinin qəlpələrini daşıyan yüzlərlə əlildən biridir. O, 1992-ci ildə müharibənin ən qızğın vaxtında torpaqlarımızın azadlığı uğrunda döyüşüb, kəllə-beyin travması alaraq hospitala yerləşdirilib. Müalicəsi tam yekunlaşmamış öz istəyi ilə yenidən müharibənin od-alovunun içərisinə geri dönüb.

Bu gün Aydın öz işini quurub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramına cəlb olunan 1000 nəfərdən biridir.

Proqram çərçivəsində ailəliklə çalışa biləcəkləri kiçik bir məkan icarəyə götürüb, avadanlıqlar alıb. Deyir işləyərək cəmiyyətə daha yaxşı inteqrasiya edib, özünü sağlam fərd kimi hiss edir.

Aydınla yanaşı bu gün ölkəmizdə 620 minə yaxın əlilliyi olan şəxs yaşayır. Onlar aylıq sosial müavinət alırlar.

Əlilliyi olan şəxslər sırasında müharibə əlilləri və onlara bərabər tutulanlar əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə də təmin olunurlar.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə