Hemilton motosikletlə qəzaya uğradı

Hemilton motosikletlə qəzaya uğradı
Motosikletdən yıxılan L.Hemilton xoşbəxtlikdən ciddi zədə almayıb

Bu günlərdə “Mercedes”in pilotu Lyuis Hemilton Heresdə motosikletlə keçirilən həvəskar test yürüşlərində iştirak edir.

Britaniyalı dünya superbayk çempionatında istifadə edilən “Yamaha YZF-R1”i idarə edib. Lyuisin motosikleti tamamilə qara rəngdə olub, üzərində isə onun Formula 1-də çıxış etdiyi nömrə - 44 rəqəmi yazılıb.

Yürüşlər zamanı Formula 1 üzrə beşqat dünya çempionu qəzaya uğrayıb. Motosikletdən yıxılan L.Hemilton xoşbəxtlikdən ciddi zədə almayıb və az sonra trasa qayıdıb.

Hemilton motoidmana böyük həvəsi ilə də məşhurdur. O, bu il “MotoGP” komandasının üzvü Kel Kratçlou ilə birgə yürüşlərdə iştirak edib. L.Hemilton, həmçinin “MV Agusta” markasının simasıdır.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə