Birdəfəlik ödəmə ilə bağlı vərəsələrə SMS gələcək

Birdəfəlik ödəmə ilə bağlı vərəsələrə SMS gələcək

 Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi davam edir.

Bu barədə real-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirlikdəki müvafiq Komissiya tərəfindən birdəfəlik ödəmənin verilməsi üçün artıq 447 şəhid hərbi qulluqçu üzrə 585 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar üzrə birdəfəlik ödəmələr həmin vərəsələrin bank hesablarına köçürülür. Onlardan bu günədək artıq 300-ə yaxın vərəsəyə ödəmə verilib. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

Ödənişi alan şəxslə ödənişi həyata keçriən qurum arasında heç bir təmas baş vermir. Birdəfəlik ödəmə vərəsələrin bank hesabına köçürülərkən onların məlumatlandırılması təmin edilir, onlara bu barədə sms vasitəsilə müvafiq bildiriş göndərilir.

Eyni zamanda, hazırda notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş sənədlərin, o cümlədən onlarla bağlı vərəsəlik şəhadətnamələrinin nazirliyə elektron qaydada təqdim olunması və nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlərə baxılması işləri davam edir. Məlumatların daxilolma ardıcıllığına uyğun olaraq, onların daxilolma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş də vərəsələrə göndərilir. Sənədlərə baxılması zamanı hər hansı vərəsənin sənədlərində çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlər aparılmaqla belə sənədlər qaydaya salınır.

Xatırladaq ki, dövlət başçısının Fərmanına əsasən 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnun olduğu müəyyən edilib.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə