Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

Söz vermişdik ki, bu dəfə Sumqayıtdan, Prezidentin bu şəhərə son səfərinin təfərrüatlarından danışacaqdıq. Amma həftə ərzində bir neçə xüsusi hadisə baş verdi ki, Sumqayıt mövzusunu yaxın günlərədək təxirə saldıq.

Prezident İlham Əliyev Belarus və Türkmənistana səfər etdi. Düzdür, həftə ərzində hər iki səfər həm administrasiya, həm baş diplomatiya idarəmiz, həm də kütləvi informasiya vasitələrində təfsilatıyla təhlil edilib. Amma düşünürəm ki, İlham Əliyevin Belarus və Türkmənistan səfərini Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində atılmış iki mühüm addım kimi də qiymətləndirmək lazımdır.

Hər iki səfər barədə sadəcə protokol öhdəliyi və ya dövlət başçısının sıravi təqvim işi tək danışmaq kimi lyüksumuz yoxdur. Qeyd edim ki, Belarus Azərbaycanın ən etibarlı Slavyan müttəfiqidir. Öz təvazökar imkanlarına, superderjava və fövqəldövlətlərlə müqayisədə məhdud qüdrətinə baxmayaraq Azərbaycanla bağlı həm regional, həm də beynəlxalq məsələlərdə ali cənablıq və zəhmətkeş səmimiyyəti nümayiş etdirir.

Elə buna görə də İlham Əliyev Belarusa Azərbaycan xalqının bir simpatiya, bizim dildə desək bir rəğbət olduğunu açıq dedi. Sadə, amma böyük həqiqətdir. Necə deyərlər, Belarus MDB-nin nadir dövlətidir ki, əgər qatığın ağ olduğunu deyirsə bütün Azərbaycan bir alıcı olaraq buna birmənalı inanır. Necə deyərlər, bir əkinçi etirafı. Amma təkcə əkinçimi? Yox əlbəttə. Ortada Qarabağdan başlayan və digər bağlardan keçən böyük bir münasibətlər sistemi var.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə