Sürücülük vəsiqəsi üzrə qaydalar dəyişdi (VİDEO)

Sürücülük vəsiqəsi üzrə qaydalar dəyişdi (VİDEO)
Yeni qərar sürücülük vəsiqələrinin verilməsində hansı qaydaları dəyişəcək?

Yanvarın 1-dən Azərbaycanda yeni sürücülük vəsiqələri veriləcək. 

Nazirlər Kabineti nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları və nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında əsasnaməyə dəyişiklik edib.

Baş nazirin imzaladığı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb.

Sürücülük vəsiqələri “A”, “B” və “C” kateqoriyaları, “B1” və “C1” altkateqoriyaları üzrə - 18 yaşdan, “BE” kateqoriyası və “C1E” altkateqoriyası üzrə - 19 yaşdan, “CE” kateqoriyası üzrə - 21 yaşdan; “D” kateqoriyası, tramvaylar, trolleybuslar və “D1” altkateqoriyası üzrə - 23 yaşdan, “D1E” altkateqoriyası üzrə - 25 yaşdan veriləcək.

Bəs yeni qərar sürücülük vəsiqələrinin verilməsində hansı qaydaları dəyişəcək?

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə