Şəhid pulu (VİDEO)

Şəhid pulu (VİDEO)
300-ə qədər vərəsəyə ödəmə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu günə kimi artıq 447 şəhidin 585 vərəsəsinə ödəmənin verilməsi barədə qərarlar qəbul edib.

Bu barədə REAL-a nazirlikdən məlumat verilib. Məlumata görə, onlardan bu günədək artıq 300-ə yaxın vərəsəyə ödəmə verilib.

Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsə də ödənişlə təmin olunub.

Nazirlik bildirir ki, ödənişi alan şəxslə ödənişi həyata keçirən qurum arasında heç bir təmas baş vermir. Müvafiq vəsait vərəsələrin bank hesablarına köçürülür və onlara bu barədə sms vasitəsilə məlumat verilir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2018-ci il 19 aprel tarixində şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi barədə fərman imzalayıb.

Bundan sonra yaradılan komissiya Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə ilə bağlı işlərə başlayıb.

Müəyyən olunub ki, şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ var.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə