Azərbaycanda bir sıra vətəndaşların pensiyası hər il 40% artacaq

Azərbaycanda bir sıra vətəndaşların pensiyası hər il 40% artacaq
Bu barədə nazir Sahil Babayev açıqlama verib

Hər il 45 min Azərbaycan vətəndaşının pensiyası 35 faiz, 38 min vətəndaşın isə 48 faiz artacaq.

Bu barədə sosial.gov.az portalının təqdimatında əmək və əhalinin müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, pensiyaların verilməsinin avtomatlaşdırılması ilə bağlı qanunvericilik aktları baxılması üçün ölkə parlamentinə təqdim olunub və artıq birinci oxunuşda müzakirə üçün tövsiyə edilib: "Müvafiq elektron sistemin yaradılması ilə bağlı bütün işlər başa çatıb və dekabrın 15-dən etibarən test rejimində işləyəcək. Qanunun qəbul olunması 2019-cu ilin yanvar ayından hər pensiya yaşına çatmış vətəndaşa SMS vasitəsi ilə öz ad günündə pensiyaya çıxdığı barədə bildiriş alacaq".

Nazirin sözlərinə görə, SMS-in mətnində pensiyanın məbləği və vətəndaşın bank kartının harada ala biləcəyi haqqında məlumat olacaq.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə