Dünya Bakıda narkotiklərə qarşı (VİDEO)

Dünya Bakıda narkotiklərə qarşı (VİDEO)
Narkotiklərin qanunsuz dövriyyəsi Bakıda müzakirə olunur

Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası başlayıb.

Tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov sessiyanın açılış iclasında bildirib ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 2 655 fakt üzrə 2 ton 86 kiloqram müxtəlif növ narkotik vasitələr və psixatrop maddələr dövriyyədən çıxarılıb. Bunun 1 ton 77 kiloqramı heroin olub. Əli Həsənov deyib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal edilib, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın İranla dövlət sərhəddinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib və həmin ərazidən Avropaya narkotik vasitələr daşınır.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev isə məlumat verib ki, Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə sahəsində köklü dəyişikliklər aparılması nəticəsində yüksək göstəricilər əldə olunub. Onun sözlərinə görə, bu il 1 tondan çox narkotik vasitə saxlanılıb.

Sessiya noyabrın 19-dan 23-dək davam edəcək. Sonda 53-cü sessiyanın işi ilə əlaqədar alt komissiyanın hesabatının təsdiqlənməsi gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə