Britaniyalı nazir İranda səfərdədir

Britaniyalı nazir İranda səfərdədir

Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Tehranda baş tutan görüşdə Britaniya-İran əsilli, xeyriyyə təşkilatının əməkdaşı Nazənin Zəgari Rətklifin saxlanılması məsələsi müzakirə olunub.

Rətklif 2016-cı ilin aprel ayında həbs edilib.

İddialara görə, o, hökumətə qarşı gizli plan hazırlayışrmış. Lakin Rətklifin ailəsi ona qarşı səsləndirilən ittihamları təkzib edir.

Görüşdə, eyni zamanda, ABŞ-ın İranla nüvə razılaşmanı tərk etməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Hant ABŞ İrana qarşı sanksiyalar tədbiq etdikdən sonra bu ölkəyə səfər edən ilk qərbli xarici işlər naziridir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə