Mir Şahinin vaxtı (VİDEO, 18.11.2018)

Mir Şahinin vaxtı (VİDEO, 18.11.2018)

Bu axşam müzakirə etməyə, qürrələnməyə və hayıf ki, həm də təəssüflənmək üçün mövzularımız var. Həyətdə 2018-ci ildir və biz artıq imkansız, yoxsul və binəsib bir dövlətin vətəndaşı olduğumuz zamandan çoooox uzaqdayıq.  Hətta  o qədər ki, artıq ölkədə bütöv bir nəsil Müstəqillik, Respublika, Ordu, Qurtuluş və başqa belə bayramlar münasibətləri keçirilən mərasim-konsertlərində atalarının, qardaşlarının çiynində əl yelləyib, şar uçurmaqla böyüyüb, yetişib.

Bu o meydanlardır ki, 30 il əvvəl o uşaqların ataları, babaları burda mitinqlərə çıxar,  SSRİ rəhbərliyini istefaya çağırar, respublikamıza azadlıq, müstəqillik tələb edərdilər. Və bu o atalar, o babalardır ki,  indi başları üzərinə çiyinlərinə qaldırdıqları övladlraının yerinə o vaxt bayraqlar, 90-cı ilin yanvarında isə hətta fədai tabutları qaldırmışdılar.

Biz o nəsildən danışırıq ki,  göz açıb Azərbaycanı elə belə, sabit, sakit, azad, firavan görüb. Şüuru Avroviziya qalibi, Avropa Oyunları, Formula-1 qəbul edən, Alov qüllələri və Kristal-HOLL, Heydər Əliyev Mərkəzi inşa edən bir dövlətin diqtə etdiyi arxayın vətəndaş təfəkkürü ilə formalaşıb.

Prezident Milli Dirçəliış Gününü Sumqayıtda qeyd etdi. Yeni Sumqayıtda. İlham Əliyev ermənilərin 30 il əvvəl KQB-nin yaxından iştirakıyla bütün dünyaya hərc-mərclik, dərəbəylik, ermənilərin linç edilmə ünvanı kimi tanıtdığı Sumqayıtı Dirçəliş günündə təsadüfən seçməmişdi. 30 il əvvəlin böyük bir avantüranın, KQB kombinasiyasının qurbanı olaraq güllələnməyə məhkum edilmiş “Əhmədova azadlıq! Əhmədova Azadlıq!” şüarı ilə yada düşən Sumqayıt yeni dövr Azərbaycanı üçün əla sənaye liderliyi imkanına malikdir.

Ona görə də dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirakına mən təkcə Sumqayıt şəhərinin yeni dirçəliş dövrünün startı kimi yox, həm də bir zamanların aqrar-bostan, əyalət-ucqar xüsusi təyinatılısı imicinə layiq görülən Azərbaycanın bütövlükdə industrial xarakterinə zəngin bir əlavə, tutarlı dəstək və qüdrətli təkan kimi baxıram. Burda bir vacib ştrix də var ki, mütləq qeyd olunlmalıdır. Sumqayıt sadəcə özünə lazım olan qədər sənaye şəhəri  olmamalıdır. Onun sənaye şəhəri kimi əldə etdiyi nəticələr Prezidentin İqtisadi Prioriretinə-postneft perioduna hesablanan özünüqane dövlətinin potensialına işləməlidir. Bu baxımdan Sumqayıt müəssiləri kənd təsərrüfatının da texniki tərkib hissəsinə çevrilməlidir. Başlıcası budur ki, neftsonrası ölkə üçün iqtisadi  baza etibarlı və möhkəm olsun.

Digər xəbərlər
Dünən
15 Dekabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə