Məzarsız şəhid (VİDEO)

Məzarsız şəhid (VİDEO)
Quba rayonundan olan şəhid ailələrinə birdəfəlik ödəmə təqdim edilib

Eldar Novruzov. Qubanın Alpan kəndindəndir. Alpanın 18 yaşlı şəhidi.

Eldarın ölümündən sonra cəmi üç şəkli qalıb. Məzarı belə olmayan şəhidin ailəsinə təsəlli cəmi üç şəkil.

Əmirsultan kişi səsi titrəyən, oğlunun adı çəkiləndə gözü yaşla dolan 82 yaşlı şəhid atası. Deyir mən oğlumla bağlı heç kimdən, heç nə gözləməsəm belə dövlət özü qapımı döyüb. 

Bu gün Eldarın dünyaya gəldiyi bu evdə onun qardaşı və ailəsi yaşayır. Bu ailənin düz yeddi üzvü bu gün Eldarın yolu ilə gedir. Kimisi hərbçi, kimisi əsgərdir.

Eldar şəhid düşdükdən sonra onun cənazəsını tapmaq mümkün olmayıb. Vurulan tankın içində yanıb kül olub deyiblər. İndi uğruna öldüyü torpaqlarda məzarı belə yoxdur. Amma xatirəsi var. Dövlətinin və ailəsinin heç vaxt unutmadığı xatirəsi.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə