Fransanı kütləvi etiraz aksiyaları bürüdü

Fransanı kütləvi etiraz aksiyaları bürüdü
Aksiyalarda 300 minə yaxın insanın iştirak etdiyi deyilir

Fransada sürücülərin keçirdiyi etiraz aksiyası zamanı 1 nəfər ölüb, 250-yə yaxın insan xəsarət alıb.

Xəsarət alanlardan 3-ünün vəziyyəti ağırdır. Polis aksiya zamanı zorakılıq törədən 24 nəfəri həbs edib.

Ölən şəxs qadının sürdüyü avtomobilin altında qalıb. Qadın öz qızını xəstəxanaya çatdırmağa çalışsa da, yolları kəsən sürücülər buna imkan verməyiblər və onun avtomobilini yumruqlamağa başlayıblar.

Qadın təlaşa qapılaraq avtomobili sürücülərdən birinin üzərinə sürüb.

Qeyd edək ki, sürücülər yanacaq vergisinin artırılmasına qarşı etiraz aksiyası keçiriblər.

Aksiya ölkənin müxtəlif bölgələrində, o cümlədən, paytaxt Parisdə baş tutub.

Sürücülər yolları kəsərək nəqliyyatın hərəkətinə mane olublar.

Aksiya iştirakçıları Fransa prezidenti Emmanuel Makrona qarşı şüarlar səsləndiriblər.

Aksiyalarda 300 minə yaxın insanın iştirak etdiyi deyilir.

“Sarı jiletlilər”in başlatdığı yanacaq üzərində tətbiq olunan vergilərin aşağı salınmasını tələb edən petisiya 860 min imza toplayıb.

Hökumət atmosferə buraxılan zərərli qazların səviyyəsini azaltmaq və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində benzin və dizel üzərində vergiləri artırmaqla bağlı qərar qəbul edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə