Ermənistana gedən yüzlərlə maşın Rusiya-Gürcüstan sərhədində qaldı

Ermənistana gedən yüzlərlə maşın Rusiya-Gürcüstan sərhədində qaldı

Rusiyadan Ermənistana gedən 600-ə yaxın avtomobil Rusiya-Gürcüstan sərhədində qalıb.

Bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstanla Rusiya arasında olan yeganə Stepandsminda–Lars magistralında güclü qar yağması, yolların buz bağlaması və dağlarda qar uçqunu səbəbindən bütün növ avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bu səbəbdən də Rusiyadan Ermənistana gedən 400-dən çox minik və 150-dən çox yük və yedəkli yük maşını sərhəddə qalıb.

Yolun nə zaman açılacağı isə hələlik məlum deyil.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə