Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Cəlilabad rayonunda axtarışda olan narkotacir saxlanılıb.

"Report" un məlumatına görə, Cəlilabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və 18.08.2017-ci ildən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 318.1, 234.4.1, 312.1, 206.3.2, 334.4.3-cü maddələri ilə axtarışda olan İqbal Həsənov rayon ərazisində saxlanılıb.

Məlumata görə, İran İslam Respublikasından külli miqdarda narkotik vasitəni qanunsuz şəkildə ölkə ərazisinə gətirərək satışını həyata keçirən İ. Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırmalar davam etdirilir.

Bundan əvvəl Bakıda “bibi” ləqəbli narkotacir saxlanılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə