Çeçenistanda qadın polis postunda özünü partladıb

Çeçenistanda qadın polis postunda özünü partladıb

Çeçenistan Respublikasının Qroznı şəhərinin Staropromıslovski rayonunda partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə respublika üzrə daxili işlər naziri vəzifələrinin icraçısı polis generalı Apti Alaudinova istinadən RİA "Novosti" məlumat yayıb.

Onun sözlərinə görə, naməlum qadın Staropromıslovski rayonu ətrafında yerləşən polis postuna yaxınlaşıb. Ondan dayanması və sənədlərini təqdim etməsi xahiş olunub. Lakin qadın postda doğru qaçmağa başlayıb və bu zaman polis onun üzərində əldəqayırma partlayıcı qurğu olduğunu görüb. Polis əməkdaşları xəbərdarlıqedici atəş açdıqdan sonra o, partlayıcı qurğunu işə salıb.

Bildirilir ki, partlayış zamanı polis və mülki şəxslər arasında xəsarət alan olmayıb.

Bundan əvvəl Əfqanıstanın paytaxtı Kabil şəhərinin Qəzni əyalətində asayişin təmin olunmaması ilə bağlı keçirilən etiraz mitinqi zamanı partlayış baş verib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə