Belarus XİN: Paşinyan özünü beynəlxalq prokuror kimi təsəvvür edir

Belarus XİN: Paşinyan özünü beynəlxalq prokuror kimi təsəvvür edir

Belarus Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkonun ünvanına söylədiyi fikirlərə şərh verib.

Bu barədə "Report" Belarus KİV-inə istinadən xəbər verir.

"Görünür, o, özünü cəzalandırmaq və ya əfv etmək səlahiyyəti olan beynəlxalq prokuror kimi təsəvvür edir", - XİN-in rəsmi nümayəndəsi Anatoli Qlaz deyib.

Belarus XİN-in mətbuat katibi qeyd edib ki, böyük siyasətdə diplomatik protokolun dəqiq normalarını əldə rəhbər tutmaq lazımdır.

"Yəqin, cənab Paşinyan hələ "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu başa düşməyib. Təəssüf edirik. Ümid edirik ki, zamanla bu, qaydaya düşəcək", - A.Qlaz bildirib.

Qeyd edək ki, dünən jurnalistlər qarşısında çıxış edən N.Paşinyan A.Lukaşenkodan bağlı qapılar arxasında keçirilən KTMT iclasını Azərbaycanın bu ölkədəki səfiri ilə müzakirə etməsinə aydınlıq gətirməsini tələb edəcəyini söyləyib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə