Gömrük buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Gömrük buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

“Gömrük buraxılış məntəqələrində sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq. Artıq bu sistemin Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyinə təqdimatı olub”.

"Report" xəbər verir ki, bunu DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

A.Abasov qeyd edib ki, yeni sistem tətbiq ediləndən sonra vətəndaşlar sərhədi keçməmiş burada sıxlığın vəziyyəti ilə tanış ola biləcək: "Yeni sistem tətbiq edildikdən sonra vətəndaş evində, yaxud digər istənilən məntəqədə qeydiyyatdan keçib sərhəddəki vəziyyəti müşahidə edəcək. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək və vətəndaş sıxlığın az olduğu tarixdə sərhədkeçməni həyata keçirəcək. Bu isə sərhədkeçmə vaxtı sıxlığın yaranmaması üçün balansın qorunmasına gətirib çıxaracaq". 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə