Gülhüseyn Hüseynoğlu - 95 (VİDEO)

Gülhüseyn Hüseynoğlu - 95 (VİDEO)
Dissident yazar anıldı

Azərbaycan ədəbiyyatşünası, publisisti, dissidenti Gülhüseyn Hüseynoğlunun anadan olmasının 95 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, yazıçılar, şairin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak edib.

Gülhüseyn Hüseynoğlunun Azərbaycanın müstəqilliyi, onun dilinin qorunması uğruunda apardığı mübarizə və bu yolda qarşılaşşdığı çətinliklər, yyaşadığı sürgün həyatından bəhs edilib.

Gülhüseyn Hüseynoğlu 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub.

Təşkilatın məqsədləri Azərbaycanı Sovetlər Birliyindən ayırmaq, Azərbaycanın müstəqilliyini əldə etmək, 1937-1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Fəaliyyəti ilə əlaqədar bir müddət həbs olunmuş, sürgün həyatı yaşamışdı. 1956-cı ildə isə tam bəraət almışdı. 

Mərhum Mikayıl Müşfiq barədə elmi monoqrafık əsərin, çoxlu tədqiqat xarakterli məqalələrin müəllifi idi. Oçerk, povest və elmi-tədqiqat əsərləri yazsa da, bədii yaradıcılığında mənsur şeir və hekayə başlıca yer tuturdu. Azərbaycan ədəbiyyatında mənsur şerin yaradıcısı kimi tanınır. İndiyədək otuza yaxın kitabı kütləvi tirajla buraxılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə