Dünyanın ən hündür SES-i

Dünyanın ən hündür SES-i
Roqun su elektrik stansiyası işə salınıb

Tacikistanın Roqun rayonunda dünyanın ən hündür su elektrik stansiyası işə salınıb.

Vaxş çayı üzərində çəkilmiş bəndin hündürlüyü 335 metrdir.

Layihənin elektrik istehsalı gücü 3.6 min meqavatdır.

Roqun Hidrolektrik Stansiyası Tacikistanın ən genişmiqyaslı layihəsidir.

HES-in tikilişi hələ 1976-cı ildə başlayıb. 1982-1991-ci illərdə çayın qarşısında bənd inşa olunub.

Lakin Sovet İttifaqının dağılmasından sonra layihə dayandırılıb.

2007-ci ildə isə hökumət layihəni yenidən bərpa edəcəyini bəyan edib. Layihənin icrasına 1.5 milyard dollar vəsait sərf olunub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə