Çexiyanın baş naziri istefa tələbini rədd edib Brüsselə getdi

Çexiyanın baş naziri istefa tələbini rədd edib Brüsselə getdi

Çexiya hökumətinin başçısı Andrey Babiş parlamentdə müxalifətin və Senatın tələbi ilə istefa verməkdən qəti imtina edərək bir sıra görüşlər keçirmək üçün Brüsselə yola düşüb. Burada o, Avropa Komissiyasının sədri Jan-Klod Yunker ilə görüşüb.

Babiş Jan-Klod Yunkerlə söhbət zamanı miqrasiya mövzusuna toxunub və Aİ-nin 2021-2027-ci illər üçün uzunmüddətli büdcəsi barədə Çexiyanın mövqeyi haqqında məlumat verib.

Çexiya baş nazirinin sözlərinə görə, onun ölkəsi kənd təsərrüfatı üçün dotasiyaların azaldılmasına və bir ferma üçün ayrılan subsidiyalara limit qoyulmasına mənfi münasibət bəsləyir.

Baş nazir Belçikada Avropa İttifaqının ədliyyə, istehlakçı hüquqları və bərabər imkanlar məsələləri üzrə çexiyalı komissarı Vera Yourova ilə də görüşüb.

Andrey Babiş Brüsseldə Avropa Şurasının sədri Donald Tusk ilə də görüşməyə hazırlaşır. Onunla danışıqlar Aİ-nin planına əsasən 2018-ci ilin dekabrında nəzərdə tutulan sammit barədə olacaq.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə