Türkiyədə daha bir Xocalı abidəsinin açılışı oldu (VİDEO)

Türkiyədə daha bir Xocalı abidəsinin açılışı oldu (VİDEO)
Şanlı Urfa vilayətində abidənin açlışında yüzlərlə insan iştirak edib

Türkiyənin ən böyük vilayətlərindən biri Şanlı Urfada “Qarabağ” parkının və “Xocalı” abidəsinin açılışı olub.

Açılışda yüzlərlə insan iştirak edib. Şanlı Urfanın ən böyük parkı olan “Azərbaycan-Qarabağ” parkı min hektarlarla ərazini əhatə edir.

Hər tərəfində Azərbaycan və Türkiyə bayrağının birlikdə dalğalandığı Şəhidlər abidəsi, Xocalı Soyqırımı abidəsi isə parkın mərkəzində ucaldılıb.

Burda Xocalı Soyqırımı və orada şəhid olan insanlarımızla bağlı məlumatlar və 1918-ci ildə erməni daşnakları Azərbaycanın müxtəlif bölgələrində soyqırım törətdiyi zaman Azərbaycana dəstəyə gələn Nuru Paşa rəhbərliyindəki Türk-Qafqaz İslam Ordusunun qəhrəman şəhidləri ilə də bağlı məlumatlar öz əksini tapıb.

Tədbirdə qardaş Türkiyənin millət vəkilləri, Şanlı Urfa valisi, alimlər, ziyalılar çıxış edərək Qarabağ problemi, Xocalı Soyqırımı ağrısı Azərbaycan qədər bizim də acımızdır və hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər və bu cür parkların, abidələrin açılmasını xüsusi vurğulayıblar. Sonra abidənin açılışı olub.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə