ABŞ: Gülən Türkiyəyə ekstradisiya edilməyəcək

ABŞ: Gülən Türkiyəyə ekstradisiya edilməyəcək

Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin nümayəndəsi Hizert Nauert FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi ilə bağlı xəbəri təkzib edib.

Qeyd edək ki, NBC News telekanalı Tramp administrasiyasının FTB, Ədliyyə və Daxili İşlər Nazirliklərinə Gülənin Türkiyəyə ekstradisiyası üçün qanuni yolların tapılmasi üçün göstəriş verdiyi barədə məlumat yaymışdı.

Telekanalın əməkdaşları bildiriblər ki, ərəb jurnalist Cemal Kaşıkçının qətli ilə əlaqədar aparılan istintaq fonunda Ağ Ev Güləni buraxmaqla Ankaraya dəstəyini bildirir.

“Bu iki məsələnin bir-birinə aidiyyəti yoxdur” – deyə Nauert mediada yayılan xəbərlərə münasibət bildirib.

“Türkiyə bu məsələ ilə əlaqədar çoxsaylı müraciətlər edib. ABŞ hökuməti Gülənin ekstradisiyası ilə əlaqədar təqdim etdiyi dəlliləri hələ ki, araşdırmağa davam edir. Proses tamamilə Ədliyyə Nazirliyinin səlahiyyətlərindədir”. Hizert Nauert belə deyib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə