Azərbaycan və Rusiya təyyarələri səmada üz-üzə gəldi

Azərbaycan və Rusiya təyyarələri səmada üz-üzə gəldi
Təyyarələrin qəza vəziyyətinə dair açıqlama

“Azərbaycan Hava Yolları” QSC Moskva səmasında şirkətə məxsus A-319 təyyarəsi ilə “Sibir” hava yollarına məxsus E-170 təyyarəsinin qarşılaşdığı qəza vəziyyətinə dair məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisədən əvvəl təyyarənin xəbərdarlıq sistemi yaxınlaşan təhlükə barədə “sarı işıq” siqnalı yandırıb.

Bu isə yolda heç bir təhlükənin olmadığı mənasına gəlir.

“Nə dispetçer, nə də təhlükəsizlik sistemi tərəfindən tədbir görmək barədə heç bir əmr verilməyib. Qeyd edək ki, dünyanın müxtəlif hava limanlarında nəqliyyatın sıxlığı ilə əlaqədar bu cür hallar mütəmadi olaraq baş verir” - deyə məlumatda bildirilir.

Hadisə ötən gün axşam saatlarında baş verib.

İnsident zamanı “Sibir” hava yolların məxsus təyyarə Moskvanın “Domodedovo” hava limanından Penza reysi üzrə hərəkət edirmiş. Azərbaycan hava yollarına məxsus təyyarə isə Vnukovo hava limanına eniş etməyə çalışırmış.

Faktla bağlı araşdırma davam edir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə