“AzTV bizi yaxşı işıqlandırmır” - Milli Məclisdə narazılıq

“AzTV bizi yaxşı işıqlandırmır” - Milli Məclisdə narazılıq

 Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azərbaycan Dövlət Televiziyası (AzTV) tənqid olunub.

REAL “Report”a istinadən xəbər verir ki, deputat Fazil Mustafa “AzTV iclaslardakı çıxışlardan niyə sitatlar vermir?” sualını ünvanlayıb.

O deyib ki, dövlət büdcəsi bir neçə gün müzakirə olunur, amma televiziyalar bunu bir saatlıq verilişin içərisində verirlər: “Heç olmaya büdcə müzakirəsini normal şəkildə təqdim edin ki, cəmiyyət görsün. Elə qələmə verilir ki, sanki Milli Məclisdə dövləti, insanları düşünən insan yoxdur... Burada fikirlər səsləndirilir, bunun təbliği lazımdır. İctimai Televiziya ümumiyyətlə, nəsə vermir. Onları da bu məsələyə qoşmaq lazımdır. AzTV bu yükü götürə bilmirsə, heç olmasa İctimai Televiziya reportajlar hazırlasın”.

Deputat Tahir Kərimli də bu məsələ ilə bağlı tənqidi fikirlər səsləndirib: “AzTV bizi yaxşı işıqlandırmır”.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə