“Məqsədimiz ədalətli oyunlardır” - Nazir (VİDEO)

“Məqsədimiz ədalətli oyunlardır” - Nazir (VİDEO)

"Azərbaycanın məqsədi fair-play adlanan ədalətli oyunlardır. Dünya anti-dopinq agentliyi Azərbaycanda anti-dopinq sahəsində görülən tədbirlərdən tam razıdır və onları yüksək qiymətləndirir".

REAL-ın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclasında sonra jurnalistlərə müsahibəsində deyib.

Nazirin sözlərinə görə ilk dəfə Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclası Azərbaycanda keçirilir: "Bizim üçün bu çox önəmli hadisədir və bu onu göstərir ki, Dünya Antidopinq Agentliyi bizim tərəfimizdən qısa bir müddətdə antidopinq sahəsində aparılan işlərdən tam razıdır və onları yüksək qiymətləndirir".

Qeyd edək ki, İclas bu gün öz işini yekunlaşdıracaq. Daha sonra Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin mətbuat konfransı gözlənilir.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə