Fatih Terimin cəzası artırıldı

Fatih Terimin cəzası artırıldı
65 yaşlı mütəxəssisə 14 min lirə pul cəzasi da kəsilib

Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terimin cəzası artırılıb.

Türkiyə Futbol Federasiyasının rəsmi saytı xəbər verir ki, buna 65 yaşlı mütəxəssisin idmana yaraşmayan açıqlamaları səbəb olub. Terim həmçinin 14 min lirə məbləğində cərimələnib.

Qurum İstanbul təmsilçisinin prezidenti Mustafa Cengizi 60 günədək hüquqlarından məhrum edib və ona 40 min lirə pul cəzası kəsib.

"Qalatasaray" klubu isə rəsmi saytı vasitəsilə qeyri-etik açıqlamalar yayması səbəbindən 135 min lirə cərimələnib.

Qeyd edək ki, İntizam Komitəsi daha öncə Fatih Terimə Türkiyə Super Liqasının XI turunda "Fənərbağça" ilə matçda (2:2) baş verən hadisələrə görə 7 oyunluq cəza və 65 min lirə məbləğində cərimə tətbiq edib.

Cəzalı oyunlarından birini çəkən baş məşqçi 9 oyun komandanın texniki zonasında yer ala bilməyəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə