Mir Şahinin vaxtı (VİDEO, 11.11.2018)

Mir Şahinin vaxtı (VİDEO, 11.11.2018)

Söhbətimizə iki əhval-ruhiyyənin müqayisəsi ilə başlayaq. Azərbaycan və Ermənistanın dövlət başçılarının. Onlar bu həftə Qarabağa getdilər.

Prezident İlham Əliyev qurucu və yaradıcı, ümidli və ümidverici bir ruhdaydı. Öz torpağındaydı. Dövlət başçısının çıxışı əslində Ağdam Muğam Mərkəzinin açılışı ilə bir musiqi, muğam, böyük mənada mədəniyyət hadisəsi ilə bağlı olsa da, həm də dövlət başçısı tək onun əsas məqsədinin, Azərbaycanın ərazi bütövlüyünün bərpası xəttinin yenidən bəyanına, müxtəlif güc mərkəzlərinə ciddi mesajlar çatdırmağa hesablanmışdı.

Açılış birbaşa cəbhə xəttində edilirdi. Doğrudur, səbəb muğam idi, amma müharibə şəraitində olan bir respublikanın rəhbəri dəqiq bilir ki, muğamda da döyüşdən nəsə var.

Təkcə ona görə yox ki, tutalım, tar tüfəngə, avtomata, kamança da ox-kamana çox oxşayır. Həm də ona görə ki,  ordu paradda adətən möhtəşəm Heyratı zərb muğamının sədaları altında addımlayır. Ona görə də lider 2016-cı ilin aprel döyüşlərinə toxunmadan ötüşmədi. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə